İngiltərə Premyer Liqasında çıxış edən klublarının son beş ildə xərclədiyi pulların miqdarı hesablanıb.
Sportinfo.az xəbər verir ki, araşdırmalar iki istiqamətdə - əməkhaqqı və transfer bazarında xərc və gəlir balansı əsasında aparılıb.
Məlum olub ki, ilk iki yerdə qərarlaşan " Mançester Yunayted" və "Çelsi" son beş ildə eyni məbləğdə - 1,455 milyard funt-sterlinq vəsait xərcləyib. Premyer Liqanın lideri olan "Arsenal" üçüncüdür.
Son illərin çempionları - “Mançester Siti” və “Liverpul” 4-və 5-ci pillədə qərarlaşıblar. Maraqlıdır ki, bu klublar ilk üçlükdə qərarlaşan komandalardan fərqli olaraq milyard funt-sterlinq həddinə çatmayıblar.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Everton” ilk 10-luqda qərarlaşıb. "Tottenhem", "Aston Villa", "Nyukasl" və "Vest Hem" də pul xərcləməyi sevən klubların siyahısında yer alıblar.


