Paytaxt klubu yeni mövsümə bu baş məşqçiylə start verəcək?

25 Aprel 2023 01:40 İngiltərə 516
Paytaxt klubu yeni mövsümə bu baş məşqçiylə start verəcək?

"Çelsi"nin yeni mövsüm üçün baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi Mauritsio Poçettino ilə razılaşmağa çox yaxındır.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Argentinalı mütəxəssis paytaxt klubunu Premyer Liqada çempionluq yarışına qaytaracağına əmindir.

Mauritsio Poçettino son olaraq PSJ-ni çalışdırıb. O, daha əvvəl İngiltərədə "Tottenhem" və "Sauthempton"a rəhbərlik edib.

Hazırda "Çelsi"nin baş məşqçisi Frenk Lemparddır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR