“Klub sahibi olsaydım, bunu 100 milyona aldığım oyunçu edə bilməsəydi, çox əsəbiləşərdim!"

25 Aprel 2023 00:20 İngiltərə 501
“Klub sahibi olsaydım, bunu 100 milyona aldığım oyunçu edə bilməsəydi, çox əsəbiləşərdim!"

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin ümidləri doğrultmadığını söyləyib.

Sportinfo.az xəbər verir ki, o, argentinalının əla oyunçu olmadığını bildirib:

“Mən klub sahibi olsaydım, Konor Qallaherin sürətinə şahidlik etsəydim və bunu 100 milyon avroya aldığım oyunçu edə bilməsəydi, çox əsəbiləşərdim!

Fernandesin əla oyunçu olduğunu düşünmürəm. DÇ-2022-də onun Lionel Messiyə çox kömək etdiyi danışılırdı. Lakin o, bunu “Çelsi”də edə bilmir. Hətta bundan çox uzaq qalıb”.

22 yaşlı son dünya çempionu “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 15 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR