Klubun yeni sahibi onunla şəxsən görüşüb danışıb

24 Aprel 2023 22:00 İngiltərə 644
Klubun yeni sahibi onunla şəxsən görüşüb danışıb

“Çelsi”nin sahibi Todd Boeli yarımmüdafiəçi Meyson Mauntla danışıqlar aparıb.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi ingiltərəli futbolçunun klubla yeni müqavilə imzalamaq üçün bir neçə təklifi rədd etməsinə baxmayaraq, onun bacarığını yüksək qiymətləndirir.

Boeli Mountla danışıqlarda onu klubda görmək istədiyini vurğulayıb. “Çelsi” müzakirələrin müsbətə doğru irəliləyəcəyinə inanır.

Öncədən ingiltərəli oyunçu ilə “Liverpul”un ciddi maraqlandığı bildirilirdi.

Maunt cari mövsümdə “zadəganlar”ın heyətində 35 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR