Autsayderə 3 qol vurub, çətinliklə qalib gəldilər - VİDEO

23 Aprel 2023 01:30 İngiltərə 1 580
Autsayderə 3 qol vurub, çətinliklə qalib gəldilər - VİDEO

İngiltərə Premyer Liqasında XXXII tur davam edir.

Sportinfo.az xəbər verir ki, “Liverpul” öz meydanında autsayderlər sırasında qərarlaşan “Nottinqem”lə üz-üzə gəlib.

Beş qolun vurulduğu matç Mersisayd klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Dioqu Jotanın dubl etdiyi matçda “Liverpul”un digər qolunu Məhəmməd Salah vurub. “Nottinqem”in heyətində Neko Uillyams və Morqan Gibs-Uayt fərqləniblər.

“Liverpul” hazırda 50 xalla 7-ci pillədədir. “Nottinqem” isə 27 xalla sondan ikinci - 19-cudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR