“Gələcəkdə onun başına nə gələcəyini hələ bilmirik”

23 Aprel 2023 00:00 İngiltərə 1 002
“Gələcəkdə onun başına nə gələcəyini hələ bilmirik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın mümkün gedişi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis almaniyalı futbolçunun ən yaxşısına layiq olduğunu deyib:

“Gələcəkdə Gündoğanın başına nə gələcəyini hələ bilmirik. O, yüz faiz indiki vaxta fokuslanıb. Gələcəkdə nə olacaqsa, olacaq. O, ən yaxşısına layiqdir”.

Daha əvvəl 32 yaşlı futbolçunun karyerasını “Barselona”da davam etdirə biləcəyi bildirilirdi. Onun “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Gündoğan bu mövsüm 40 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR