Çempionluq yarışında ağır yara aldılar - VİDEO

22 Aprel 2023 10:00 İngiltərə 692
Çempionluq yarışında ağır yara aldılar - VİDEO

İngiltərə Premyer Liqasında XXXII tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda lider “Arsenal” autsayder “Sauthempton”la qarşılaşıb.

“Topçular” bu matçda çempionluq yolunda ağır zərbə alıb. Altı qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 3:3.

Oyunun birinci dəqiqəsində geri düşən “Arsenal” ilk yarını 1:2 məğlub başa vurub. Fasilədən sonra rəqib daha bir dəfə fərqlənsə də, son dəqiqələrdə Mikel Artetanın komandası bərabərliyi təmin edə bilib.

“Arsenal” hazırda 75 xalla zirvədədir və iki oyun artıq keçirdiyi ən yaxın izləyicisi “Mançester Siti”ni 5 xal üstələyir. “Sauthempton” 24 xalla əvvəlki kimi sonuncu - 20-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR