Bu hücumçunu transfer etmək istəyir – Klub prezidentinin şəxsən özü

20 Aprel 2023 00:10 İngiltərə 624
Bu hücumçunu transfer etmək istəyir – Klub prezidentinin şəxsən özü

PSJ, yay transfer pəncərəsində London klubunu tərk etmək qərarına gələrsə, “Tottenhem”in hücumçusu Harri Keyn üçün mübarizə aparmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, parislilər futbolçunun müqaviləsi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər. PSJ-nin prezidenti Nasser Əl-Xələfi şəxsən ingilis forvardı klubda görmək istəyir.

Keynlə “Mançester Yunayted” və “Bayern” də maraqlanır.

Onun klubla müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. 29 yaşlı futbolçu 2011-ci ilin yanvarından “Tottenhem”də çıxış edir.

Keyn bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 23 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR