Almaniya millisinin üzvü "Barselona" ilə danışıqlar apardığını təsdiqlədi

19 Aprel 2023 22:00 İngiltərə 597
Almaniya millisinin üzvü "Barselona" ilə danışıqlar apardığını təsdiqlədi

Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan İlkay Gündoğan açıqlama verib.

Sportinfo.az xəbər verir ki, adı "Barselona" ilə hallanan 32 yaşlı yarımmüdafiəçi bu barədə danışıb.

Almaniya millisinin üzvü Kataloniya təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib:

"Arxan planda "Barselona" ilə danışıqlar gedir. Müqaviləmin bitməyinə bir neçə ay qalıb.

Buna görə də danışıqların normal olduğunu düşünürəm. Çox detallara girmədik.

Hələ konkret qərar yoxdur. Nə mənim tərəfimdən, nə də klub tərəfindən.

Danışıqlar davam edir. Qərar olduğu zaman ictimaiyyətə məlumat verəcəyik".

Qeyd edək ki, İlkay Gündoğan "Mançester Siti"yə 2016-cı ilin yayında Dortmund "Borussiya"sından transfer olunub.

Təcrübəli futbolçu cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR