“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Arsenal”ın son oyunlardakı çıxışını şərh edib.
Sportinfo.az xəbər verir ki, o, London təmsilçisinin “Liverpul” və “Vest Hem” ilə matçlardakı oyunundan söz açıb:
“Onlar bütün mövsüm turnir cədvəlinin zirvəsində olublar. Ölkədaxili yarışlarda və avrokuboklarda mübarizəni dayandırıblar. Dəhşətdir!
Həm “Liverpul”la oyunda, həm də “Vest Hem”lə qarşılaşmada 2:0 hesabı ilə öndə olsalar da, bunu sona qədər qoruyub saxlaya bilməyiblər”.
“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 74 xalla birincidir. Onların ən yaxın izləyicisi “Mançester Siti”dir (70 xal).

