Məşhur ailə Premyer Liqa klubunu satmaq niyyətindən vaz keçdi

18 Aprel 2023 01:40 İngiltərə 486
Məşhur ailə Premyer Liqa klubunu satmaq niyyətindən vaz keçdi

Qleyzer ailəsi "Mançester Yunayted"i satmaq fikrindən daşınıb.

Sportinfo.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Joel və Avram Qleyzer daha əmindirlər ki, kənardan investisiya cəlb edə biləcəklər. Bu da onlara klubun sahibləri olaraq qalmağa və növbəti onillikdə "Mançester Yunayted"in dəyərini ikiqat artırmağa imkan verəcək.

Keçən payızda Qleyzerlər bütün strateji variantları, o cümlədən kluba yeni investisiya, satış və ya digər sövdələşmələri nəzərdən keçirəcəklərini açıqlamışdılar.

Qətər Şeyxi Yassim bin Hamad Al Tani və İNEOS neft şirkətinin sahibi ingilis Cim Ratkliff "qırmızı şeytanlar"ın satın alınması üçün iddialı idilər. Həmçinin bir neçə investisiya fondu klubdan pay almaqda maraqlıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR