"Mançester Yunayted"in forvardı 270 min avroya təyyarə kirayələdi

16 Aprel 2023 18:10 İngiltərə 607
"Mançester Yunayted"in forvardı 270 min avroya təyyarə kirayələdi

"Mançester Yunayted"in hücumçusu Markus Raşfordun nişanlısı Lusiya Loi ilə Nyu-Yorka romantik səfər etmək üçün kirayələdiyi təyyarəyə nə qədər pul xərclədiyi bəlli olub.

Sportinfo.az "xəbər verir ki, Reşford adətən 125-dən çox sərnişin daşıya bilən Boinq 737 təyyarəsinə görə 270 min avro ödəyib.

Nyu-Yorka səfər mart ayında, hücumçu zədə səbəbindən İngiltərə yığmasının düşərgəsini tərk edərkən baş tutub.

Reşford və Loinin 25 yaşı var. 15 yaşında tanış olan Cütlük ötən il nişanlanıb. Markus Nyu-Yorkun Mərkəzi Parkı da daxil olmaqla, sosial mediada səfərin fotolarını yerləşdirib.

Reşford bu mövsüm bütün turnirlərdə "Mançester Yunayted"in heyətində 47 oyuna çıxıb, 28 qol vurub, 10 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR