“Düşünürəm ki, o, növbəti transfer pəncərəsində klubunu dəyişəcək"

15 Aprel 2023 19:40 İngiltərə 535
“Düşünürəm ki, o, növbəti transfer pəncərəsində klubunu dəyişəcək"

“Brayton"un yarımmüdafiəçisi Aleksis Makallister mövsümün sonunda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bunu futbolçunun atası Karlos Makallister Britaniya mətbuatına açıqlamasında deyib:

“Düşünürəm ki, o, növbəti transfer pəncərəsində klubunu dəyişəcək. Onun konkret olaraq hara gedəcəyini hələ bilmirik.

Ümumiyyətlə, danışıqlar yeni başlayıb. Çox güman ki, Aleksis iyuldan başqa komandada oynayacaq”.

Argentinalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”un ciddi maraqlandığı bildirilir.

“Brayton” son dünya çempionunun satışından 60 milyon avrodan çox gəlir əldə etməyi düşünür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR