Çempionlar Liqasında həftənin ən yaxşısı - Mançester Siti"nin müdafiəçi

14 Aprel 2023 21:40 İngiltərə 456
Çempionlar Liqasında həftənin ən yaxşısı - Mançester Siti

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk matçlarından sonra "Mançester Siti"nin müdafiəçisi Con Stounz ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu "Mançester Siti"nin "Bavariya"nı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 90 dəqiqə meydanda olub. 28 yaşlı futbolçu komandasının üçüncü qolunun ötürməsini edib.

Con Stounz həftənin ən yaxşısı seçilmək üçün "Real"dan Vinisius Junior, "İnter"dən Alessandro Bastoni və "Milan"dan Brahim Diazı qabaqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR