"Sevilya"dan qovulan baş məşqçi Premyer Liqaya gəlir?

12 Aprel 2023 22:00 İngiltərə 689
"Sevilya"dan qovulan baş məşqçi Premyer Liqaya gəlir?

"Nottingem Forest" baş məşqçi Stiv Kuperi istefaya göndərməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada uğursuz nəticələr əldə edən "meşəbəyilər"in rəhbərliyi yaxın günlərdə uelsli mütəxəssislə yolları ayıracaq.

"Nottingem Forest"i Kuperdən sonra kimi çalışdıracağı da məlumdur. Premyer Liqa təmsilçisi komandanın "sükan"ı arxasında bir müddət əvvəl "Sevilya"dan qovulan Xorxe Sampaolini gətirməyi planlaşdırır.

Stiv Kuper 2021-ci ilin sentyabr ayından "Nottingem Forest"in baş məşqçisidir. Komanda Premyer Liqada 27 xalla 18-ci pillədə qərarlaşıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR