"Müqaviləm var, 2-3 ildən bir komanda dəyişmək istəmirəm"

10 Aprel 2023 01:40 İngiltərə 360
"Müqaviləm var, 2-3 ildən bir komanda dəyişmək istəmirəm"

"Çelsi"nin yarımmüdafiəçisi Kay Havertz "Bavariya"nın onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "goal.com"a danışan almaniyalı forvard məsələ haqda bu cür danışıb:

"Çelsi" ilə iki illik müqaviləm var. İki-üç ildən bir komanda dəyişmək istəmirəm. Mən Londonda olduqca rahatam. "Çelsi"ni və onların azarkeşlərini bəyənirəm".

23 yaşlı hücumçu 2020-ci ildə "Bayer"dən (Leverkuzen) "Çelsi"yə keçib. Onun "zadəganlar"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR