Babasına həsr etdi - Premyer Liqada vurduğu 100-cü qolu

10 Aprel 2023 15:40 İngiltərə 445
Babasına həsr etdi - Premyer Liqada vurduğu 100-cü qolu

"Tottenhem"in hücumçusu Son Hın Min Premyer Liqada 100-cü qolunu vurub.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı bunu Premyer Liqanın 30-cu turunun "Brayton"la (2:1) görüşündə edib.

"Sky Sports"a danışan Son vurduğu qolu babasına həsr etdiyini deyib:

"Xəyal etdiyim anları yaşadım. Komanda yoldaşlarım olmasaydı, bu cür heyrətamiz nailiyyəti əldə edə bilməzdim.

Premyer Liqada 100 qol vurmaq möhtəşəmdir. Çox emosional idim, çünki son bir neçə həftədə çətin anlar yaşamışdım.

Babam vəfat etmişdi. Bu qolu da elə ona həsr etmək istəyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR