"Bizə baha başa gəldi" - Növbəti məyusedici gün

10 Aprel 2023 00:10 İngiltərə 557
"Bizə baha başa gəldi" - Növbəti məyusedici gün

“Nottingem Forest”in baş məşqçisi Stiv Kuper İngiltərə Premyer Liqasının 30-cu turunun “Aston Villa” ilə oyununu (0:2) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, rəqibin çoxlu qol epizodlarının olmadığını deyib:

“Buraxdığımız ilk qol bizə baha başa gəldi. Rəqib ərazi üstünlüyünə sahib idi, lakin çoxlu qol epizodları yox idi.

İkinci qol zədə səbəbindən meydanda azlıqda qalmağın nəticəsində vuruldu. Növbəti məyusedici gün”.

“Nottingem Forest” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 18-ci, “Aston Villa” isə 47 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM