Lider “Liverpul”la oyunda iki qolluq üstünlüyü əldən verdi - VİDEO

10 Aprel 2023 00:00 İngiltərə 766
Lider “Liverpul”la oyunda iki qolluq üstünlüyü əldən verdi - VİDEO

İngiltərə Premyer Liqasında (İPL) XXIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bağlanış oyununda lider “Arsenal” “Liverpul”un qonağı olub.

Matçda qalib müəyyənləşməyib - 2:2. London klubu iki topluq üstünlük qazansa da, bunu qoruya bilməyib.

“Topçular”ın qollarını Qabriel Martinelli və Qabriel Jesus vurublar. “Liverpul”un heyətində isə Məhəmməd Salah və Roberto Firmino fərqləniblər.

Xallarını 73 çatdıran “Arsenal” vahid liderdir. Mikel Artetanın komandası ən yaxın izləyicisi “Mançester Siti”ni 6 xal üstələyir.

“Şəhərlilər”in ehtiyatında bir oyun da var. “Liverpul” isə 44 xalla 8-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR