İngiltərə nəhəngi gürcüstanlı qapıçı transfer edir

9 Aprel 2023 18:35 İngiltərə 2 023
İngiltərə nəhəngi gürcüstanlı qapıçı transfer edir

"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili İngiltərəyə yollana bilər.

Sportinfo.az "Express"ə istinadən xəbər verir ki, gürcü qolkiper "Çelsi"nin maraq dairəsindədir.

"Yarasalar"la müqaviləsi 2027-ci ilə qədər olan Mamardaşvilinin London klubuna keçib-keçməyəcəyi yayda bilinəcək.

"Zadəganlar"ın rəsmiləri Gürcüstan millisinin qapıçısının meneceri ilə ilkin danışıq aparıb.

Transfer qiyməti 87 milyon avro olan Mamardaşvilinin xidmətində "Everton" da maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM