2022/23 mövsümdən Şampionşipdən İngiltərə Premyer Liqasına vəsiqəni təmin edən ilk komanda müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, “Bernli”dır.
Vinsent Kompaninin komandası 40-cı turda səfərdə “Midlspro”ya 2:1 hesabı ilə qalib gəlib.
Şampionşipin lideri xalını 87-ə yüksəldib və mövsümün son 7 turunun nəticəsindən asılı olmayaraq yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb.
“Bernli” son dəfə 2021/22 mövsümündə yüksək liqada oynayıb və 18-ci yeri tutaraq aşağı diviziona düşüb.

