Fransa millisinin keçmiş futbolçusu Emmanuel Petit Zinəddin Zidan haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, Zidanı uzun müddətdir tanıdığını və onun üçün önəmli olan məsələlərdən birini diqqətə çatdırıb:
“Şübhəsiz ki, Zidan İngiltərəyə yollanmayacaq. Səbəbi çox sadədir: çünki o, ingilis dilini bilmir.
Uzun müddətdir ki, Zidanı tanıyıram. Belə məsələlər onun üçün önəmlidir. Yəni, o, dediyi sözlərin tərcümə edilməsini həqiqətən, xoşlamır”.
Öncədən fransalı mütəxəssisin adı Liqa 1 təmsilçisi PSJ ilə hallanırdı.

