”Bizi məhv etdilər, hələ belə axmaq qollar buraxmamışdıq”

7 Aprel 2023 10:00 İngiltərə 478
”Bizi məhv etdilər, hələ belə axmaq qollar buraxmamışdıq”

“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan “Nyukasl”la qarşılaşmanı (1:5) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, nəticəni qəbullanmağın çətin olduğunu deyib:

“Qapımızdan beş qol buraxdığımızı qəbul etmək çətindir. Oyun qəribə keçdi. 0:2 hesabı ilə geridə olanda inanırdıq ki, hər şey bizim xeyrimizə düzələcək.

İkinci hissənin əvvəlində rəqibin vurduğu qol bizi məhv etdi. “Vest Hem”də oynadığımdan bəri belə axmaq qollar buraxmamışdıq”.

“Vest Hem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 15-ci, “Nyukasl” isə 53 xalla 3-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR