"Keçmişdə baş verən hadisələr haqda olan düşüncələr indi mənə kömək etmir”

5 Aprel 2023 21:40 İngiltərə 399
"Keçmişdə baş verən hadisələr haqda olan düşüncələr indi mənə kömək etmir”

“Çelsi”də baş məşqçi səlahiyyətlərini icra edən Bruno Saltor Qrem Potterin qovulmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, ingiltərəli mütəxəssisin istefaya göndərilməsini məyusluqla qarşılayıb:

“Çelsi”nin planı uzunmüddətli layihə yaratmaqdır. Potter də, biz də bunun bir hissəsi idik. Məncə, klubun istəyi dəyişməyib.

Bəli, Potter işindən uzaqlaşdırıldığı üçün məyus oldum. Keçmişdə baş verən hadisələr haqda olan düşüncələr indi mənə kömək etmir”.

“Zadəganlar” aprelin 2-də Qrem Potterin istefasını elan edib. 47 yaşlı mütəxəssis 2022-ci ilin sentyabrından komandaya rəhbərlik edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR