Mourinyo növbəti dəfə Premyer Liqaya qayıdır?

5 Aprel 2023 15:20 İngiltərə 601
Mourinyo növbəti dəfə Premyer Liqaya qayıdır?

“Roma”nın baş məşqçisi Joze Mourinyo iş yerini dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, “Çelsi” rəhbərliyi İtaliya klubunda gələcəyi ilə bağlı yekun qərar verməyən portuqaliyalı mütəxəssisi yenidən komandaya gətirmək istəyir.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “zadəganlar”ı çalışdırıb. Onun “Roma” ilə hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM