Paytaxt klubunun baş məşqçisi postuna namizədlər - MƏHDUD SİYAHI

4 Aprel 2023 00:00 İngiltərə 555
Paytaxt klubunun baş məşqçisi postuna namizədlər - MƏHDUD SİYAHI

Qrem Potterlə yollarını ayıran "Çelsi" yeni baş məşqçi axtarışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, London təmsilçisini çalışdırmağa əsas namizəd Yulian Naqelsmanndır.

Premyer Liqa təmsilçisinin rəhbərliyi yaxın günlərdə alman mütəxəssislə görüşəcək.

"Çelsi"nin baş məşqçisi postuna digər namizədlər isə Zinəddin Zidan, Mauritsio Poçettino, Luis Enrike və Roberto De Zerbidir. Klub rəhbərliyi bütün namizədləri təhlil etdikdən sonra yekun qərar verəcək.

"Çelsi" İngiltərə Premyer Liqasında 38 xalla 11-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM