Premyer Liqa klubundan ayrılan baş məşqçi 1 il işləmək istəmir

31 Mart 2023 18:40 İngiltərə 418
Premyer Liqa klubundan ayrılan baş məşqçi 1 il işləmək istəmir

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis “Tottenhem”dən qovulduqdan sonra işə qayıtmağa tələsməyəcək və “Yuventus”un marağına baxmayaraq, bir il fasilə verəcək.

Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir. Bu yaxınlarda Kontenin özü öd kisəsinin çıxarılması üçün əməliyyat keçirməli olub.

Konte London klubunun futbolçuları və rəhbərliyi ilə mübahisələrdən sonra “Tottenhem”dən qovulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR