Premyer Liqa klubu cənubi koreyalı müdafiəçiyə göz dikib

31 Mart 2023 12:00 İngiltərə 488
Premyer Liqa klubu cənubi koreyalı müdafiəçiyə göz dikib

“Liverpul” “Napoli”nin müdafiəçisi Kim Min Jae ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, mersisaydlılar cənubi koreyalı futbolçu üçün 68 milyon avrodan çox ödəməyə hazırdır.

Jae ilə PSJ və “Mançester Yunayted” də maraqlanır.

“Napoli” futbolçunu 2022-ci ilin yayında “Fənərbaxça”dan 18 milyon avroya alıb.

Kim bu mövsüm İtaliya klubunda 35 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Napoli” 27 oyundan sonra 71 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR