Həftəlik 200 min qazanacaq - Premyer Liqa klubunun hücumçusu

29 Mart 2023 12:00 İngiltərə 488
Həftəlik 200 min qazanacaq - Premyer Liqa klubunun hücumçusu

“Mançester Yunayted”in hücumçusu Markus Reşford tezliklə İngiltərə klubu ilə yeni müqavilə imzalaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Tərəflər artıq ilkin danışıqları aparsalar da, hələ növbəti mərhələyə keçməyiblər. Bu müqavilənin 25 yaşlı futbolçunun karyerasında ən böyük müqavilə olacağı gözlənilir.

“Qırmızı şeytanlar” UEFA Çempionlar Liqasında iştirak edəcəyi təqdirdə, Reşfordun həftəlik 200 min avro qazanacağı bildirilir.

“Mançester Yunayted” Çempionlar Liqasında iştirak etməsə, bu məbləğin necə dəyişəcəyi məlum deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR