
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bernli”nin çalışdırıcısı Vensan Kompani haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, belçikalı mütəxəssisi çalışdığı ən böyük əfsanələrdən biri adlandırıb:
“Kompani birlikdə işlədiyim ən böyük əfsanələrdən biridir. Lakin mən bir az narahatam.
Çünki əvvəllər çalışdırdığın oyunçu baş məşqçi kimi sənə qarşı oynayanda yaşlandığını başa düşürsən”.
Keçmiş belçikalı müdafiəçi 2022-ci ilin yayından İngiltərə komandasının “sükanı arxasındadır”.
İngiltərə Federasiya kubokunun 1/4 finalında bu gün “şəhərlilər” “Bernli” ilə qarşılaşacaq.