“Mançester Yunayted” onun Azərbaycanla oyuna çağırılmasından niyə narahatdır?

15 Mart 2023 13:20 İngiltərə 419
“Mançester Yunayted” onun Azərbaycanla oyuna çağırılmasından niyə narahatdır?

“Mançester Yunayted” Marsel Sabitzerin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyun üçün Avstriya yığmasına çağırılmasından narazıdır.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” yarımmüdafiəçinin zədələnmə riskinin böyük olmasından narahatdır.

29 yaşlı pleymeyker klubunun son iki matçında iştirak ərizəsində yer almayıb. Baş məşqçi Erik Ten Haq bunun səbəbini açıqlamasa da, oyunçunun zədəli olması barədə məlumatlar yayılıb.

Müqavilə ilə Almaniya klubu “Bavariya”ya məxsus olan Marsel Sabitzer “Mançester Yunayted”də icarə əsasında çıxış edir.

Avstriya AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də Linz şəhərində Azərbaycan millisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!