“Mən özümü 10-15 il sonra da bu klubda görürəm”

15 Mart 2023 12:20 İngiltərə 399
“Mən özümü 10-15 il sonra da bu klubda görürəm”

“Arsenal”ın qapıçısı Aaron Ramsdeyl London klubundakı gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin heyətində əfsanəyə çevrilmək istədiyini bildirib:

“Özümü 10, 12, 15 il sonra da bu klubda görürəm. Ümid edirəm ki, heç vaxt “Arsenal”dan ayrılmaq məcburiyyətində qalmaram.

Burada əsl qəhrəmana və əfsanəyə çevrilmək istəyirəm”.

Britaniyalı qolkiper 2021-ci ildən “topçular”da çıxış edir. 24 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

O, cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlar daxil olmaqla 29 oyuna çıxıb, 27 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!