COP29

Premyer Liqa stadionunda iftar yeməyi verən ilk klub

14 Mart 2023 10:00 İngiltərə 339
Premyer Liqa stadionunda iftar yeməyi verən ilk klub

“Çelsi” martın 26-da ev oyunlarını keçirdiyi stadionda iftar yeməyi verəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Həmin dövrdə milli komandaların oyunları səbəbindən “Çelsi” “Stemford Bric”də heç bir matça çıxmayacağı üçün belə imkan yaranıb.

“Çelsi” bu qərarı ilə Premyer Liqa təmsilçiləri arasında stadionunda iftar yeməyi verən ilk klub kimi tarixə düşəcək.

Ramazan ayı bu il martın 22-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"