
İngiltərə Premyer Liqasında XVII tur davam edir.
Sportinfo.az xəbər verir ki, lider “Arsenal” “Fulhem”in qonağı olub.
London klublarının duelində “topçular” sevinib. Mikel Artetanın komandası səfərdə 3 cavabsız qolla qələbə qazanıb.
Qabriel Maqalyansın hesabı açdığı qarşılaşmada digər qolları Gabriel Martinelli və Martin Edeqor vurub.
Qələbə sayəsində xalını 66-ya yüksəldən “Arsenal” “Mançester Siti” ilə fərqi yenidən 5-ə yüksəldib. “Fulhem” isə 39 xalla 8-ci pillədə qalıb.