"Hər oyunda beş qol vurmalıdır, bunu etməsə, təzyiqə məruz qalacaq"

12 Mart 2023 15:20 İngiltərə 547
"Hər oyunda beş qol vurmalıdır, bunu etməsə, təzyiqə məruz qalacaq"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haland barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 27-ci turunun “Kristal Pelas”la qarşılaşmasında (1:0) qələbə qolunun müəllifinin gözəl mövsüm keçirdiyini deyib:

“Haland hər oyunda beş qol vurmalıdır. Bunu etməsə, təzyiqə məruz qalacaq (gülür). Bu, sadəcə zarafatdır. Erlinqə qarşı hansısa təzyiq yoxdur. Çünki o, gözəl mövsüm keçirir”.

Norveçli hücumçu cari mövsümdə “şəhərlilər”in heyətində İngiltərə çempionatında 26 görüşə çıxıb və 28 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR