"Mançester Yunayted"in transfer hədəfi açıqlandı

12 Mart 2023 01:40 İngiltərə 540
"Mançester Yunayted"in transfer hədəfi açıqlandı

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yay transfer pəncərəsində yeni hücumçu almaqda maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.

Bildirilib ki, Mançester təmsilçisinin əsas transfer hədəfi "Tottenhem"in hücumçu Harri Keyndir.

Klub belə bir transferin asan olmayacağını başa düşür. Çünki “Tottenhem”in sahibləri ingilis oyunçunu başqa klublara buraxmaqdan dəfələrlə imtina ediblər.

29 yaşlı futbolçu bu mövsüm 37 oyunda 20 qol vurub və 4 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2024-cü ilin yayı başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR