"“Niyə ehtiyat futbolçular skamyasında oturduğumu başa düşmürəm"

10 Mart 2023 10:00 İngiltərə 516
"“Niyə ehtiyat futbolçular skamyasında oturduğumu başa düşmürəm"

“Tottenhem”in hücumçusu Riçarlison UEFA Çempionlar Liqasının 1/8 finalının “Milan”la cavab oyunundan sonra (0:0) narazılığını bildirib.

Sportinfo.az xəbər verir ki, o, hansı səbəbdən ehtiyatda oturması ilə bağlı sual ünvanlasa da, cavab almadığını deyib:

“Niyə ehtiyat futbolçular skamyasında oturduğumu başa düşmürəm. Mənim üçün hər şey yaxşı keçdi. “Vest Hem” və “Çelsi”ni məğlub etdik.

Daha sonra məni ehtiyata göndərdilər və “Vulverhempton”a qarşı oyunda beş dəqiqə zaman qazandım. Niyə belə olduğunu soruşdum. Lakin cavab almadım.

Zədə mənə çətinlik törətdi. Meydana daxil olaraq canımı verməyə hazıram. Start heyətdə olmağa layiqəm”.

İki oyunun nəticəsinə əsasən, “Tottenhem” “qırmızı-qaralar”a 0:1 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR