”Onları günahlandırmaq çox asandır - Bu, mənim məsuliyyətimdən irəli gəlir”

7 Mart 2023 12:00 İngiltərə 458
”Onları günahlandırmaq çox asandır - Bu, mənim məsuliyyətimdən irəli gəlir”

“Çelsi”nin baş məşqçisi Qrem Potter komandanın üzvü Kay Haverts haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, almaniyalı futbolçuya güvəndiyini deyib:

“Haverts kimi insanları fərqləndirmək və onları komandadakı uğursuzluğa görə günahlandırmaq çox asandır.

Mən ona güvənirəm. Düşünürəm ki, komanda halında daha yaxşı hücumlar qurmalıyıq. Bu, mənim məsuliyyətimdən irəli gəlir”.

23 yaşlı Haverts cari mövsümdə “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

London təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 34 xalla 10-cı sırada yer alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR