Dünya futbolunda ŞOK GƏLİŞMƏ - O, getdi!

23 Noyabr 2022 00:40 İngiltərə 625
Dünya futbolunda ŞOK GƏLİŞMƏ - O, getdi!

"Mançester Yunayted" Kriştiano Ronaldo ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 37 yaşlı hücumçu ilə yollarını ayırıb.

Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb. Portuqliya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kriştiano Ronaldo bir neçə gün öncə "The Sun" nəşrinə müsahibəsində "Mançester Yunayted" rəhbərliyini və komandanın baş məşqçisi Erik ten Haqı sərt şəkildə tənqid etmişdi.

Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.

"Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!