“Ayrılmaq istəyirdi, alıcı yox idi – bəlkə maaşa görə, bəlkə də maliyyə tələblərinə görə”

18 Noyabr 2022 00:00 İngiltərə 595
“Ayrılmaq istəyirdi, alıcı yox idi – bəlkə maaşa görə, bəlkə də maliyyə tələblərinə görə”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Kriştiano Ronaldonun bir neçə gün əvvəl yayımlanan qalmaqallı müsahibəsi haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi Ronaldonun açıqlamalarını şou adlandırıb:

“Söhbət komandadan, baş məşqçidən yox, məhz Kriştiano Ronaldodan gedir. Kluba qayıdandan bəri belədir.

Bu, əslində Ronaldonun şousudur. Keçən mövsüm çoxlu qol vurdu. Bu mövsüm meydanda olmadığı üçün diqqəti cəlb edə bilmir.

O, komandadan uzaqlaşdırılmaq istəyir. Yayda ayrılmaq istədiyini açıqladı. Alıcı yox idi – bəlkə, maaşa görə, bəlkə də, “Mançester Yunayted”in maliyyə tələblərinə görə. Mənə elə gəlir ki, Ronaldo özü komandadan qovulmağa çalışır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR