Ronaldonun posterini stadionundan yığışdırdılar – VİDEO+FOTOLAR

17 Noyabr 2022 10:00 İngiltərə 366
Ronaldonun posterini stadionundan yığışdırdılar – VİDEO+FOTOLAR

"Mançester Yunaytedin ulduzu Kriştianu Ronaldonun nəhəng posteri "Old Trafford" stadionundan götürülüb.

Sportinfo.az xəbər verir ki, plakat arenanın şərq stendində, "qırmızı şeytanlar"ən əfsanəvi baş məşqçiisi Mett Basbinin heykəlinin arxasında yerləşirdi.

Portuqaliyalı hücumçu daha əvvəl qalmaqallı müsahibəsində klub rəhbərliyini tənqid etmiş, həmçinin baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

37 yaşlı forvard 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti