Haalandı 1 aylıq icarəyə götürmək istəyir - 7-ci liqa klubu

16 Noyabr 2022 01:30 İngiltərə 413
Haalandı 1 aylıq icarəyə götürmək istəyir - 7-ci liqa klubu

İngiltərə 7-ci liqasında mübarizə aparan "Aşton Yunayted" "Mançester Siti"in hücumçusu Erlinq Haalandı heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, klub norveçli forvardı dünya çempionatı boyunca icarəyə götürmək arzusundadır.

Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Ağ-qırmızılar" 22 yaşlı qolçunu 28 günlük icarəyə götürmək üçün "Mançester Siti"yə rəsmi təklif göndərib.

Dünya çempionatı 20 noyabr-18 dekabr tarixləri arasında Qətərdə baş tutacaq. Erlinq Haalandın formasını geyindiyi Norveç yığması mundiala vəsiqə qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti