Komanda yoldaşının Ronaldoya qarşı hərəkəti gündəm oldu - QALMAQALLI VİDEO

15 Noyabr 2022 21:40 İngiltərə 1 575
Komanda yoldaşının Ronaldoya qarşı hərəkəti gündəm oldu - QALMAQALLI VİDEO

Portuqaliya millisinin ulduzları Kriştianu Ronaldo və Bruno Fernandeş arasındakı soyuq münasibət diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”də də birlikdə çıxış edən futbolçular yığmanın düşərgəsinə qatıldıqdan sonra Qətərdə üz-üzə gəliblər.

Ronaldoya komanda yoldaşına görüşmək üçün əl uzatsa da, Bruno əvvəlcə ona əhəmiyyət verməyib, daha sonra isə soyuq şəkildə görüşüb.

Portuqaliya və İngiltərə mediasının yazdığına görə buna səbəb Kriştianunun “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haaqı və klub rəhbərliyini tənqid etməsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR