Ronaldo “Mançester Yunayted”i sərt tənqid etdi: “Baş məşqçiyə hörmət etmirəm”

14 Noyabr 2022 18:20 İngiltərə 564
Ronaldo “Mançester Yunayted”i sərt tənqid etdi: “Baş məşqçiyə hörmət etmirəm”

“Mançester Yunayted” portuqaliyalı ulduzu Kriştianu Ronaldu qalmaqallı açıqlamalalar verib.

Sportinfo.az xəbər verir ki, o “The Sun” nəşrinə müsahibəsində “qırmızı şeytanlar”ı və komandanın baş məşqisi Erik ten Haqı tənqid edib:

“Erik ten Haqa hörmət etmirəm, çünki o da mənə hörmət etmir. Sən mənə ehtiram göstərməsən, mən də səni heç vaxt saymaram.

Bəli, “Mançester Yunayted” məni ayrılmağa məcbur edir. Bunu təkcə baş məşqçi deyil, klubdakı başqa 2-3 nəfər də istəyir. Xəyanətə uğradığımı hiss edirəm”.

Ronaldo “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin onu tənqid etməsinə də münasibət bildirib:

“Bilmirəm, Ueyn Runi niyə məni çox tənqid edir. O, təqaüdə çıxıb, mən hələ də üst səviyyədə oynayıram.

Yəqin buna görədir. Dilə gətirmədiyim bir gerçəklik isə ondan daha yaxşı görünməyimdir”.

Portuqaliyalı ulduz klubun hazırki siyasətini də tənqid edib:

“Ser Aleks Ferqyusonun ayrılışından sonra MY-də zərrə irəliləyiş görməmişəm. Baş məşqçi deyilsənsə, niyə “Mançester Yunayted”in sükanı arxasına keçirsən?!

Ralf Raqnik'in adını daha əvvəl heç eşitməmişdim. Kluba qayıdarkən gördüyüm bəzi şeylər məni çox təəccübləndirdi.

23 yaşında burada gördüyüm cakkuzi'dən hələ də istifadə olunur. Mətbəx də həmçinin, o vaxtdan qalmadır.

Hətta işçi və aşpazlar da eynidir. Onların xətrini çox istəsəm də etiraf edim ki, buna çox təəccübləndim.

Hər şeyin inkişaf etdiyi bir dövrdə böyük klubun trenajor zalında gördüyüm bəzi köhnə avadanlıqların hələ də qalması, mənə sürpriz oldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti