“Biz xoşbəxt olmalıyıq”

14 Noyabr 2022 10:00 İngiltərə 444
“Biz xoşbəxt olmalıyıq”

“Tottenhem”in baş məşqçisi Antonio Konte mövsümün ikinci yarısı ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının Çempionlar Liqasındakı hədəflərindən danışıb:

“Biz xoşbəxt olmalıyıq. Çünki ilk dördlükdə qalmaq və Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlmək bizim üçün böyük nailiyyətdir.

Ümid edirəm ki, bütün oyunçular mövsümün ikinci yarısına yaxşı formada gələcəklər.

Çempionlar Liqası hər şeyin ola biləcəyi turnirdir. Biz Çempionlar Liqasında əlimizdən gələni etməyə çalışacağıq”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları 2023-cü il fevralın 14-15 və 21-22-də keçiriləcək. Cavab oyunları martın 7-8 və 14-15-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti