İngiltərə Premyer Liqasının XVI turunda günə “Vulverhempton” – “Arsenal” matçı ilə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, əsas izləyicisi “Mançester Siti”nin “Brentford”a uduzmasından sonra ələ düşən fürsətdən yararlanmaq istəyən “Arsenal” çətin səfərdən qələbə ilə qayıdıb.
Kapitan Martin Odeqaardın iki qolu ilə qələbə qazanan “topçular” xallarının sayını 37-ə çatdıraraq liderlik mövqeyində möhkəmləniblər. “Şəhərlilər” isə onlardan beş xal geri qalırlar.
Matçın qollarını təqdim edirik:

