Ukraynalı üçün 60 milyon avro xərcləyəcək - Paytaxt təmsilçisi

12 Noyabr 2022 10:20 İngiltərə 698
Ukraynalı üçün 60 milyon avro xərcləyəcək - Paytaxt təmsilçisi

"Arsenal" "Şaxtyor" və Ukrayna millisinin yarımmüdafiəçi Mixail Mudriki transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London klubu yarımmüdafiəçi üçün klubuna 60 milyon avro təklif edib.

Ukraynalının keçidi bu qış baş tuta bilər. Əslində, London klubu mövsümün əvvəlində Mudriki heyətinə qatmaq istəyib.

Amma transfer şərtlərində razılıq əldə edilməmişdi. "Şaxtyor" Mudrik üçün gələcək 60 milyonluq təklifi gözdən keçirməyə hazırdır.

"Metalist"( Xarkov) yetirməsi olan futbolçu "Dnepr"də də çıxış edib.

2016-cı ildən isə Mudrik "Şaxtyor"da oynayır. O, bu mövsüm bütün yarışlarda 15 oyunda 8 qol, 7 assistlə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti