Qışda bu forvardı transfer edəcək - "Mançester Yunayted"

11 Noyabr 2022 00:10 İngiltərə 712
Qışda bu forvardı transfer edəcək -

"Mançester Yunayted" PSV-nin forvardı Kodi Qakponu bu qış transfer etməyə çalışacaq.

Sportinfo.az xəbər verir ki, Mançester təmsilçisi niderlandlı forvarda görə 50 milyon avro təklif edəcək.

Əslində, "Mançester Yunayted" mövsümün əvvəlində 23 yaşlı hücumçu üçün PSV-yə təklif göndərmişdi. Amma Eyndhoven məbləğ ürəkaçan olmadığına görə, Qakponu "qırmızı şeytanlar"a satmamışdı.

Qakpo bu mövsüm PSV-nin heyətində 23 oyuna çıxıb, 13 qol vurub, 17 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!