“Çelsi”nin ingiltərəli müdafiəçisi Ris Ceyms Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.
Sportinfo.az xəbər verir ki, Ceyms Çempionlar Liqasında “Milan”la oyunda (2:0) dizindən zədə alıb.
Baş məşqçi Qaret Sautqeytin Ceymsin sağlamlığını riskə atmamaq üçün bu qərarı verdiyi bildirilir.
Müdafiəçi bu mövsüm London klubunda 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

