Millinin hücumçusunu transfer etmək istəyən var

9 Noyabr 2022 15:20 İngiltərə 868
Millinin hücumçusunu transfer etmək istəyən var

Meksikanın "Qvadalaxara" klubunun hücumçusu Ernesto Veqa İngiltərəyə yollana bilər.

Sportinfo.az xəbər verir ki, meksikalı futbolçu "Liverpul"un transfer siyahısındadı.

24 yaşlı futbolçunu Mersisayd klubunun skautları izləyir.

Hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Veqa özü də "Liverpul"a keçmək istəyir.

Veqa bu mövsüm 18 oyuna çıxıb, 3 qol vurub, 4 assist edib.

Meksika millisinin üzvü olan forvard 2019-cu ildə "Toluka"dan "Qvadalaxara"ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti